Görkəmli ictimai xadim, diplomat Ramiz Abutalıbovun dünyasını dəyişməsi xəbəri təkcə yaxınlarını yox, eyni zamanda onun yaradıcılığı və Azərbaycan üçün etdiyi xidmətlərə bələd olan hər kəsi hüznə boğdu.
Ramiz Abutalıb oğlu Abutalıbov 1937-ci ildə Ordubad rayonunda dünyaya göz açıb. Ötən əsrin 70-ci illərindən etibrən isə, Ramiz Abutalıbov artıq dünya miqyasında tanınan diplomat idi.
R. Abutalıbov 1971-1979, eləcə də 1985-1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin - YUNESKO-nun əməkdaşı olmuşdur.
MÖVZU İLƏ BAĞLI :
Ramiz Abutalıbovun nəşi sabah Bakıya gətiriləcək
Tanınmış ictimai xadim Ramiz Abutalıbov vəfat etdi - VİDEO
1980-1984-cü illərdə o, Azərbaycan kommunist partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışmışdır.
1993-2004-cu illərdə o, Azərbaycan Respublikası Xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləmişdir.
R. Abutalıbov təkcə diplomat fəaliyyəti ilə deyil, yaradıcılığı və araşdırmaları ilə də bir sıra mühüm arxivlərin öyrənilməsində əvəzsiz rol oynayıb.
Belə ki, Ramiz Abutalıbov, Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynamışdır.
Bu əvəzsiz tarixi sənədlərin toplanmasında və Azərbaycana gətirilməsində R. Abutalıbovun böyük zəhməti vardır. R. Abutalıbov, bu sənədlərlə bağlı on iki kitabın müəllifidir.
Parisdə 1989-cu ildə "Azərbaycan evi" assosiasiyasının yaradıcılarından biridir.
O, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsinin əsas təşkilatçılarından biri olub.
Azərbaycan elmində və diplomatiyasında göstərdiyi xidmətlərə görə, Ramiz Abutalıbov 2016-ci ildən etibarən Prezident təqaüdçüsü idi.
Ramiz Abutalıbovun dünyasını dəyişməsi, bir sıra dövlət rəsmiləri və ziyalıları tərəfindən də böyük kədərlə qarşılandı.
Keçmiş təhsil naziri Misir Mərdanov Ramiz Abutalıbovun vəfatı ilə bağlı fikirlərini bölüşərkən, mərhumun Azərbaycan mühacirət tarixi ilə bağlı gördüyü işlərə xatırladaraq aşağıdıkı fikirləri qeyd edib:
“Səfər yoldaşlığımız zamanı onun çox dürüst, ədalətli, bir neçə xarici dil bilən geniş məlumatlı insan olduğunun şahidi olmuşdum. Hər dəfə UNESCO-ya daxil olarkən ona olan böyük hörmət və diqqəti görüb fəxr edirdim ki, millətimin belə ziyalısı var. Ramiz müəllim sovet dövründə SSRİ-nin UNESCO-da nümayəndəsi kimi fəaliyyət göstərmişdir”.
Görkəmli professor, jurnalist Qulu Məhərrəmli isə “Cümhuriyyət dövrünün və siyasi mühacirət tariximizin görkəmli araşdırmaçısı, uzun illər YUNESKO-da təmsiıçimiz olmuş, diplomat Ramiz Abutalıbov bir az əvvəl vəfatı onu sevənlər üçün çox sarsıdıcı xəbər oldu.
Ramiz müəllim fədakar tədqiqatçı, əsl millət fədaisi, Cümhuriyyət sevdalısı idi. O, bütün varlığı ilə Azərbaycan demək idi… “, sözləri ilə mərhumu yad edib.
Allah rəhmət etsin!
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:52 / 02.01.2022
Mühacirət tariximizin böyük araşdırmaçısı – Ramiz Abutalıbovun DOSYESİ
Hazırda oxunan: Mühacirət tariximizin böyük araşdırmaçısı – Ramiz Abutalıbovun DOSYESİ
Hazırda oxunan: Mühacirət tariximizin böyük araşdırmaçısı – Ramiz Abutalıbovun DOSYESİ
53583
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.