Elmar Məmmədyarovun atası DÜNYASINI DƏYİŞİB - ÖZƏL

Elmar Məmmədyarovun atası DÜNYASINI DƏYİŞİB - ÖZƏL

Hazırda oxunan: Elmar Məmmədyarovun atası DÜNYASINI DƏYİŞİB - ÖZƏL

53574

Azərbaycanın keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun 96 yaşlı atası Məhərrəm Məmmədyarov dünyasını dəyişib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə günorta saatlarında Məhərrəm Məmmədyarovun cənazəsi yuyulması üçün “Təzə Pir” məscidinə aparılıb.

Məhərrəm Məmmədyarovun sabah vida mərasimindən sonra torpağa tapşırılacağı bildirilir. 

Qeyd edək ki, Məhərrəm Məmmədyarov 51 il Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda  sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyib. 

Məhərrəm Məmmədyarov azərbaycanlı alim, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür. O, 2014-cü ildə “Şərəf” ordeni ilə təltif olunub.

Məhərrəm Məmmədyarovun anası Cəvahir xanım Naxçıvanın məşhur ailələrindən olan Kəlbalıxanovlardandır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO