Yanvarın 1-də pedaqoq və metodist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mədinə Qiyasbəyli dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, Bakı Slavyan Universitetindən (BSU) verilən məlumata görə, Mədinə Qiyasbəyli uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Mədinə Qiyasbəyli 1948-ci il mayın 6-da Bakı şəhərində anadan olub.
Mədinə Qiyasbəyli xarici dil kimi rus dili üzrə tədris vəsaitləri komplektlərinin hazırlanmasına ciddi töhfələr verən metodist-alim olub.
Uzun illər çalışdığı BSU-nun Rus dili və onun tədrisi metodikası kafedrasında, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində həmkarları ilə birgə hazırladığı dərslik komplektləri yerli və əcnəbi təhsilalanlar üçün əvəzolunmaz tədris resursları idi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:16 / 02.01.2022
Azərbaycanın ilk qadın pedaqoqu VƏFAT ETDİ - FOTO
Hazırda oxunan: Azərbaycanın ilk qadın pedaqoqu VƏFAT ETDİ - FOTO
Hazırda oxunan: Azərbaycanın ilk qadın pedaqoqu VƏFAT ETDİ - FOTO
53563
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.