6300-dək şəhid ailəsi və müharibə iştirakçısına XİDMƏT göstərilib

6300-dək şəhid ailəsi və müharibə iştirakçısına XİDMƏT göstərilib

Hazırda oxunan: 6300-dək şəhid ailəsi və müharibə iştirakçısına XİDMƏT göstərilib

53552

Vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə 6300-dək şəhid ailəsi üzvü və müharibə iştirakçısına xidmət göstərilib.

Bizim.Media xəbər verir ki, bu mərkəzlərdə şəhid ailələrinə, müharibədə yaralanmış hərbçilərə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim edilir.

Mərkəzlərdə mərkəzi icra hakimiyyəti orqanları (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti) və aidiyyəti şəhər və rayonların icra hakimiyyətləri tərəfindən 26 istiqamətdə xidmətlər təqdim edilir. 

Xatırladaq ki, vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılıb.

Ötən il avqustun 23-dən Bakıdakı DOST mərkəzlərində, noyabrın əvvəlindən Abşerondakı DOST mərkəzində, dekabrın 24-dən isə 19 rayon və şəhəri də əhatə etməklə Gəncə şəhərində, Masallı və Ucar rayonlarında da regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO