YAŞAT Fondu 52 milyon 510 min 529 manat 67 qəpiyi hara xərcləyib? - DETALLAR/FOTO

YAŞAT Fondu 52 milyon 510 min 529 manat 67 qəpiyi hara xərcləyib? - DETALLAR/FOTO

Hazırda oxunan: YAŞAT Fondu 52 milyon 510 min 529 manat 67 qəpiyi hara xərcləyib? - DETALLAR/FOTO

53506

1 yaşını yenicə qeyd etmiş, qələbəni bizə yaşadanları yaşatmaq üçün fəaliyyət göstərən YAŞAT Fondunun illik fəaliyyəti haqqında oxucuları məlumatlandırmışdıq.

Bizim.Media olaraq 2021-ci ildə YAŞAT Fondunun gördüyü işlər haqqında statistikanı sizə təqdim edirik:

1) Fonda 65 milyon 328 min 869 manat 88 qəpik ianə toplanıb.

2) Fondun fəaliyyət istiqamətləri üzrə 52 milyon 510 min 529 manat 67 qəpik məbləğində vəsait xərclənib. Qalıq vəsait isə hazırda 12 milyon 818 min 340 manat 21 qəpiyi təşkil edir.

3) Xərclənən vəsaitdən 32 477 789.50 manatı məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə, 458 478.51 manatı təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, 5 432 716.49 manatı istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 11 128 461.65 manatı isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub.

4) 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 min 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 min 834 müraciəti icra olunub.

5) 40 şəhidin ailə üzvü və 15 qazi "ASAN Xidmət"də işlə təmin olunub.

6) 4700 nəfərdən çox şəhid və qazinin ailə üzvləri "Asan Xidmət"də növbədənkənar, imtiyazlarla xidmətlərdən yararlanıb.

7) 35 min şəhid ailəsi və müharibə əlilinə 41 min sosial xidmət göstərilib.

8) 20 min şəhid ailəsi üzvünə və müharibə əlilliyi olan şəxsə sosial ödəniş təyin olunub. 

9) Ümumilikdə, 10 min 202 şəxsə 20 min 341 sosial ödəniş təyin edilib. 

10) Bu il şəhid ailəsi üzvləri və müharibə əlillərinə 2 600-ə yaxın mənzil təqdim edilib.

11) 10 min nəfər sosial psixoloji dəstək xidmətlərindən yararlanıb.

12) 1000-dən artıq şəxs təkərli oturacaqlarla təmin edilib.

13) 163 müharibə əlili olan əsgərə 174 elektron yeni nəsil protez verilib.

14)  5 500 nəfər şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb olunub.

15) Məşğulluq marafonu vasitəsilə 1300-ə yaxın şəhid ailəsi üzvü və qazi işə düzəlib.

16) YAŞAT marafonuna 63 ölkədən xaricdə yaşayan azərbaycanlılar qoşulub. 

17) Marafonda üç ay ərzində ümumilikdə 3 milyon manatdan çox vəsait toplanıb. ABŞ-dan 200 min dollar ianə toplanılıb. 

18) Rusiyadan 30 min dollar dəyərində 2 ədəd "Dermaton" cərrahiyyə aparatı, 92 ədəd İlizarov aparatı və 566 əlil arabası göndərilib.

19) Bu ilin 9 ayı ərzində Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan 7 993 şəxsə 109 443 tibbi xidmət göstərilib. Tibbi xidmətlərin 95 687-si ambulator, 13 756-sı isə stasionar şəraitdə aparılıb. 7 051 nəfəri müharibə iştirakçısı, 942 nəfəri isə şəhid ailəsi üzvü olub.

20) 600-dən çox şəhid ailəsi üzvü, 1 600-dən çox hərbçi və 300 terror qurbanına psixoloji yardım göstərilib və ehtiyac olduqda müalicə üçün həkim-psixiatrlara yönəldilib.

21)  Fond tərəfindən bu günə qədər 154 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 117-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Hazırda 37 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir.

22) Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 3 738, itkin ailə üzvlərinin 5 və yaralıların 4 min 746 müraciəti olmaqla ümumilikdə 8 min 489 müraciət təmin edilib.

23) Ötən il sentyabrın 27-dən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədilə hər bir körpənin anasına min manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 min manat məbləğində depozit hesabı açılıb.

Səkinə Yusibli, Bizim.Media




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO