Hacıqabul qəzasında ölən və yaralananların tam SİYAHISI – YENİLƏNİB - VİDEO

Hacıqabul qəzasında ölən və yaralananların tam SİYAHISI – YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Hacıqabul qəzasında ölən və yaralananların tam SİYAHISI – YENİLƏNİB - VİDEO

53445

Hacıqabul rayonunda zəncirvari qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə 10 nəqliyyat vasitəsinin iştirakı ilə qeydə alınıb, nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb. 

Belə ki, Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələkbər oğlu hadisə yerində dünyasını dəyişib. 

Bakı şəhər sakinləri - 1982-ci il təvəllüdlü Vəliyeva Mahirə Vaqif qızı, 1968-ci il təvəllüdlü Həsənov Fəxrəddin İsmayıl oğlu, Sabirabad rayon sakinləri - 2007-ci il təvəllüdlü Ələkbərov Fəxri Cəlil oğlu, 2005-ci il təvəllüdlü Əliyev Xəyyam Əyyam oğlu, 1994-cü il təvəllüdlü Məmmədova Rüfanə Mehman qızı, 2019-cu il təvəllüdlü Həsənli Əsmər Həsən qızı, 1977-ci il təvəllüdlü Ələkbərov Elmir Ələkbər oğlu, 1998-ci il təvəllüdlü Həsənova Pərvin Zeyfun qızı, 2017-ci il təvəllüdlü Məmmədəli Səyid Ramil oğlu, 2015-ci il təvəllüdlü Məmmədəli Fidan Ramil qızı, 2016-cı il təvəllüdlü Məmmədəli Elmira Ramil qızı, 1970-ciil təvəllüdlü Həsənova Rəqiyyə Abdulhəsən qızı, 2010-cu il təvəllüdlü Ələkbərov Hüseyn Elnur oğlu və 1993-cü il təvəllüdlü Həsənov Həsən Mehman oğlu xəsarət alıblar.

***

Hacıqabul rayonunda zəncirvari qəzada 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, qəza nəticəsində Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələkbər oğlu ölüb. Hazırda 7 yaralının adları məlumdur, 6 nəfərin şəxsiyyəti isə dəqiqləşdirilir.

Bunlar Sabirabad rayon sakinləri - 2007-ci il təvəllüdlü Ələkbərov Fəxri Cəlil oğlu, 2005-ci il təvəllüdlü Əliyev Xəyyam Əyyam oğlu,1994-cü il təvəllüdlü Məmmədova Rüfanə Mehman qızı, 2019-cu il təvəllüdlü Həsənli Əsmər Həsən qızı, 1977-ci il təvəllüdlü Ələkbərov Elmir Ələkbər oğlu, Bakı şəhər sakinləri - 1982-ci il təvəllüdlü Vəliyeva Mahirə Vaqif qızı, 1968-ci il təvəllüdlü Həsənov Fəxrəddin İsmayıl oğludur. (Report)

***

Bakı-Qazax magistralında 40-a yaxın maşının iştirakı ilə baş verən zəncirvarı qəza ilə bağlı yeni məlumatlar var.

Bizim.Media xəbər verir ki, hadisə magistiralın 113 –cü km-də, Hacıqabul şəhərinin ərazisindən keçən yerdə baş verib

Hadisə nəticəsində 1 nəfər ölüb,15 nəfər yaralanıb.

***

Bakı-Qazax magistralında ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, Bakı Qazax magistralın Hacıqabul rayonu ərazisindən keçən hissəsində 40-a yaxın avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralılar var (APA).

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO