Nikahla bağlı yeni rüsumlar qüvvəyə mindi

Nikahla bağlı yeni rüsumlar qüvvəyə mindi

Hazırda oxunan: Nikahla bağlı yeni rüsumlar qüvvəyə mindi

53420

Bu gündən Azərbaycanda nikahın qeydə alınması və pozulmasına görə yeni rüsumlar qüvvəyə minib.

Bizim.Media-nın xəbərinə görə, bu, "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklərdə əksini tapıb.

Belə ki, nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılıb.

Bundan başqa, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı, həmçinin məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün dövlət rüsumunun məbləği 15 manatdan 20 manata dəyişdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO