2021-ci ilin ən vacib vəzifə TƏYİNATLARI - SİYAHI

2021-ci ilin ən vacib vəzifə TƏYİNATLARI - SİYAHI

Hazırda oxunan: 2021-ci ilin ən vacib vəzifə TƏYİNATLARI - SİYAHI

53397

Son illər Azərbaycanda kadr islahatları intensivləşib. 2021-ci ildə də bu proses davam edib və yeni təyinatlarla yadda qalıb.

Bizim.Media 2021-ci il ərzində mühüm vəzifələrə əsas təyinatları təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

2021-də QARABAĞ hansı böyük şəhərlərdə müzakirə edilib? - NƏTİCƏLƏR


General-polkovnik Kərim Vəliyev

Kərim Vəliyevin Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə gətirilməsi 2021-ci ilin ən mühüm təyinatlarındandır. O, bu postda hələ 2020-ci ilin sonlarından Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsindən azad edilən Nəcməddin Sadıkovu əvəzləyib.

Kərim Vəliyev müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi təyin olunmazdan öncə müdafiə nazirinin müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Gənclər və idman naziri Fərid Qayıbov

İlin digər mühüm təyinatlarından biri Fərid Qayıbovun gənclər və idman naziri təyin olunmasıdır. Fərid mərhum nazir Azad Rəhimovu əvəzləyib. Nazir təyin olunmazdan öncə Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsində işləyib.

Mədəniyyət naziri Anar Kərimov

Anar Kərimov 2021-ci ildə mədəniyyət naziri təyin olunsa da, onun sözügedən quruma gəlişi daha əvvələ təsadüf edir. Anar Kərimov Əbülfəs Qarayevin vəzifədən azad olunmasından sonra Mədəniyyət Nazirliyində birinci müavin kimi işə başlayıb və nazirin səlahiyyətlərini icra edib.

Anar Kərimov birinci müavin təyin olunmazdan əvvəl Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi vəzifəsində çalışıb. O, 2021-ci ilin yanvarında mədəniyyət naziri təyin edilib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

Rəşad Nəbiyev də nazir vəzifəsinə 2021-ci ilin yanvarında təyin olunub. 44 yaşlı məmur, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməzdən öncə, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri olub.

Əlavə edək ki, Prezident İlham Əliyevin bu ilin oktyabrında imzaladığı sərəncamla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb.

Nazir əvəzi Teymur Musayev

Teymur Musayev Oqtay Şirəliyevin səhiyyə naziri vəzifəsindən azad edilməsindən sonra, səhiyyə nazirinin birinci müavini təyin edilib və quruma rəhbərlik ona həvalə olunub. O, bu təyinata qədər Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri idi.

SOCAR-da yeni vitse-prezidentlər

Zaur Qurbanovla Kənan Nəcəfovun Dövlət Neft Şirkətinə vitse-prezident təyin edilmələrini də mühüm təyinatlardan hesab etmək olar.

Kənan Nəcəfov yeni təyinata qədər İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Zaur Qurbanov isə Azərbaycan İnvestisiya Holdinqin direktor müavini olub.

Xatırladaq ki, bu il SOCAR-ın 4 vitse-prezidenti – Mikayıl İsmayılov, Bəhram Hüseynov, Tofiq Qəhrəmanov və David Məmmədov vəzifədən azad ediliblər.

Emin Məmmədov

Siyasi əhəmiyyəti olmamasına baxmayaraq, Emin Məmmədovun “Azərxalça”nın sədri vəzifəsinə gətirilməsi də yaddaqalan təyinatlardandır. Nəzərə alaq ki, o, bu postda sabiq və mərhum sədr Vidadi Muradovu əvəzləyib.  “Azərxalça” ASC-nin İdarə heyətinin keçmiş sədri vəzifədə olduğu müddət ərzində ümumilikdə dövlət büdcəsindən 3 milyon 572 min 427 manat mənimsəməkdə ittiham olunub.  

Emin Məmmədov Azərbaycanın xalq rəssamı Səlhab Məmmədovun oğlu, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun isə qardaşıdır. O, yeni vəzifəsinədək Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri olub.

Emin Hüseynov 

O, bu ilin mayında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Emin Hüseynov bundan əvvəl Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi olub.

Dövlət başçısı İlham Əliyevin bir neçə gün öncə imzaladığı sərəncamla Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv edilib. Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO