Naxçıvan Qarnizonu Qoşunlarında fərqlənən hərbçilər MÜKAFATLANDIRILDI - FOTO

Naxçıvan Qarnizonu Qoşunlarında fərqlənən hərbçilər MÜKAFATLANDIRILDI - FOTO

Hazırda oxunan: Naxçıvan Qarnizonu Qoşunlarında fərqlənən hərbçilər MÜKAFATLANDIRILDI - FOTO

53368

Naxçıvan Qarnizonu Qoşunlarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirilən silsilə tədbirlərdə xidmətdə və döyüş tapşırıqlarının icrasında fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Əlahiddə Ümumqoşun Orduda keçirilən tədbirlərdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himni səsləndirilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qayğısı ilə doğma Naxçıvanımızda digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də ardıcıl tədbirlər görülür, dövlət-ordu-xalq birliyi möhkəmlənir. 

Naxçıvan Muxtar Respublikasında xalqımızın milli birliyinin rəmzinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əsgərlərlə görüşlərin keçirilməsi, sovqatların aparılması da dövlət-ordu-xalq birliyinin daha bir nümunəsi, həmrəyliyin ifadəsidir. 

Çıxışların ardından hərbi qulluqçulara növbəti hərbi rütbələr və fəxri fərman təqdim edilib, təşəkkür elan olunub, şəxsi heyət qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Bayram tədbirləri Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində, Təlim-Tədris Mərkəzlərində təşkil olunan konsert proqramları ilə davam edib.

Hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirlərdə şəhər və rayon mədəniyyət kollektivlərinin solistləri bayram ovqatlı mahnılar ifa ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO