Müdafiə nazirinin müavini hərbi qulluqçularla görüşdü - FOTO

Müdafiə nazirinin müavini hərbi qulluqçularla görüşdü - FOTO

Hazırda oxunan: Müdafiə nazirinin müavini hərbi qulluqçularla görüşdü - FOTO

53357

Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hərbi hissələri ziyarət edib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçuların sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə maraqlanan nazir müavini müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb.

General-leytenant N.Osmanov xidmətin daha yaxşı təşkili, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eyni zamanda maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə çatdırıb.

Sonda hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO