Polis genişmiqyaslı əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO

Polis genişmiqyaslı əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO

Hazırda oxunan: Polis genişmiqyaslı əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO

53349

Polis partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin Bakı ərazisində topdan satışının qarşısının alınması istiqamətində ölkəboyu daha bir genişmiqyaslı əməliyyat keçirib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, bir qrup şəxsin külli miqdarda pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirərək “Sədərək” Ticarət mərkəzində və digər ərazilərdə gizli şəkildə topdansatışını təşkil etmələri barədə daxili işlər orqanlarına əməliyyat məlumatı daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Tərtərdə pirotexniki məmulatlar satan şəxs aşkarlanıb - FOTO


Həmin şəxslərin əhatə dairəsi və əlaqələri qısa zamanda dəqiqləşdirilib. Paytaxtın Xəzər, Qaradağ, eləcə də Ağstafa və Qazax rayonlarında həyata keçirilən əməliyyatlar zamanı mütəşəkkil dəstənin başçısı Elçin Kazımov, üzvləri Şəmməd Şəmmədov, Anar Süleymanov və pirotexniki vasitələrin satışını təşkil edən Camal Əliyevlə qardaşı Cavad saxlanılıblar.

Bu şəxslərin ticarət mərkəzində yerləşən obyektlərinə, avtomobillərinə, həmçinin Ağstafa və Xəzər rayonunda yerləşən anbar kimi istifadə etdikləri saxlanc yerlərinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirdikləri külli miqdarda pirotexniki vasitələr aşkar edilib.

"Qeyd edək ki, dəstə üzvləri paytaxt və ölkə ərazisinə bu maddələrin paylanılmasını, həmçinin satışını təşkil edən əsas şəxslər olublar.

Onlar ifadələrində pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirərək satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir. Saxlanılan şəxslərdən aşkar olunan pirotexniki vasitələrin qara bazarda satış qiyməti 150 min manatdan artıq olub.
 

Xatırladaq ki, tezalışan maddələr və pirotexniki vasitələrdən istifadə bayram əhval-ruhiyyəsinin, rahatlığının pozulması ilə nəticələnməklə yanaşı, insanların sağlamlığına və ətraf mühitə qarşı da ciddi təhlükədir.


Xüsusən də uşaqların əyləncə məqsədi ilə istifadə etdikləri bu vasitələr onlarda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına, müxtəlif dərəcəli yanıqlara yol aça bilər", - nazirlikdən bildirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO