Gəncədə təcridxanada stolüstü oyunlar yarışı keçirildi

Gəncədə təcridxanada stolüstü oyunlar yarışı keçirildi

Hazırda oxunan: Gəncədə təcridxanada stolüstü oyunlar yarışı keçirildi

53237

Gəncədə yerləşən Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılanlar arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı ərəfəsində təcridxanada saxlanılanlar arasında yarışlar keçirilib:

“Çempionat şahmat, dama və nərd üzrə olmaqla 3 növdə Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Yarışların keçirilməsində məqsəd bayram ərəfəsində təcridxanada saxlanılan vətəndaşların asudə vaxtının səmərəliliyini təmin etməkdir”, -  deyə Həmid Nəsirov əlavə edib. 

Yarışın sonunda qaliblər və 2 saylı İstintaq Təcridxanasının bir sıra əməkdaşları Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Fəxri fərmanlarla və diplomlarla təltif olunublar.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO