“Azərenerji” bu il 23 enerji obyektini istismara verib - FOTO/VİDEO

“Azərenerji” bu il 23 enerji obyektini istismara verib - FOTO/VİDEO

Hazırda oxunan: “Azərenerji” bu il 23 enerji obyektini istismara verib - FOTO/VİDEO

53218

Yola salmaqda olduğumuz 2021-ci ildə “Azərenerji”nin 23 elektrik stansiya və yarımstansiyası tikilib və ya yenidən qurularaq istismara verilib.

Bu barədə Bizim.Media-ya “Azərenerji” ASC-dən məlumat verilib.

Bildirilib ki, ölkənin ən böyük yarımstansiyası olan 500 kilovoltluq “Abşeron” yarımstansiyası, həmçinin strateji əhəmiyyətli 220 kilovoltluq “Xırdalan” və “Hövsan”, o cümlədən sistem əhəmiyyətli 110 kilovoltluq “Binəqədi”, “Xırdalan-2”, “Maştağa”, “Suraxanı” yarımstansiyaları yenidənqurmadan sonra prezidentin iştirakı ilə istismara verilib. 

3 sentyabr tarixində prezidentin iştirakı ilə “Sumqayıt” Elektrik Stansiyasının əsaslı təmiri, yeni estakada nasos stansiyasının istismara verilməsi ilə 2018-2021-ci illəri əhatə edən Enerjisistemin Reabilitasiya Proqramı başa çatıb.

2021-ci ildə Enerjisistemin Yeni SCADA proqramı istifadəyə verilib, tikilməkdə olan 330 kilovoltluq yarımstansiya, 385 meqavatlıq elektrik stansiyasından ibarət “Qobu” Enerji Qovşağında işlər yekunlaşıb.

Nəhayət, 2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə 13 enerji obyekti tikilib və yenidən qurulub.

Prezidentin iştirakı ilə Laçındakı “Güləbird” SES, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında işlər tamamlanıb.

Azad olunmuş ərazilərdə 110/35/10 kV-luq doqquz rəqəmsal yarımstansiya tikilib.

Mayın 12-də “Şuşa”, iyunun 14-də “Füzuli” və “Şükürbəyli”, avqustun 16-da “Kəlbəcər”, oktyabrın 4-də “Cəbrayıl”, oktyabrın 20-də “Zəngilan”, oktyabrın 25-də isə “Qubadlı” yarımstansiyalarının prezidentin iştirakı ilə açılışı olub. Ağdam rayonunda iki yerdə inşa edilən 110/35/10 kV-luq “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb.

Azad olunmuş ərazilərdə ümumi uzunluğu 365 km məsafədə iki dövrəli olmaqla 10 istiqamətdə yüksək gərginlikli 110 kilovoltluq elektrik verilişi xətti çəkilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO