Siyəzəndə hamilə qadın və körpəsi öldü - Doğuşdan öncə...

Siyəzəndə hamilə qadın və körpəsi öldü - Doğuşdan öncə...

Hazırda oxunan: Siyəzəndə hamilə qadın və körpəsi öldü - Doğuşdan öncə...

53210

Siyəzəndə hamilə qadın və bətnindəki körpə ölüb.

Siyəzən rayon Müalicə-Dioqnostika Mərkəzi Hüquqi-Şəxsin baş direktoru Dadaş Hümbətov bu barədə Bizim.Media-ya açıqlama verib.

Onun sözlərinə görə, rayonun Yenikənd sakini, 33 yaşlı Şəbnəm Nizaməddin qızı Zeynalova 33 həftəlik hamiləlik dioqnozu ilə mərkəzin doğum şöbəsinə müraciət edib. Amma doğuş başlamamışdan əvvəl hamilə qadın keçinib və bətnindəki körpə də tələf olub.

İlkin ehtimala görə, Şəbnəm Zeynalovanın ölümünə aşağı ətrafların venalarının varikoz genişlənməsi səbəb olub.

Dadaş Hümbətov hadisədən dərhal sonra TƏBİB-in və Siyəzən rayon prokurorluğunun məlumatlandırıldığını deyib:

"Ailənin ana və körpəsinin ölümündə həkimlərin günahının olub olmamasını tam ayırd eləmək, tam obyektivliyi təmin etmək üçün qadının meyitini Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Birliyinə göndərdik. Meyit Bakıda tam müayinə olunub, lazımi nümunələr götürülüb. Siyəzən rayon prokurorluğu fakta görə araşdırmaya başlayıb.Ölümün səbəbini araşdırmalar və tibbi ekspertizanın verəcəyi rəy tam müəyyən edəcək”.

Siyəzən Müalicə-Dioqnostika Mərkəzinin baş direktoru Dadaş Hümbətov mərkəzdə keçinən qadının 2 uşaq anası olduğunu bildirib.

12 illik fasilədən sonra yenidən ana olmaq istəyən qadın həyatını itirib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO