Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

53098

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işləri açıqlayıb.

Bizim.Media xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov bildirib ki, Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturu təkmilləşdirilərək Quru Qoşunları Komandanlığı və yeni hərbi birlik yaradılıb.

O deyib ki, azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə əməliyyat (komando) hərbi hissələri yaradılıb:

"Komandoların Türkiyədə müvafiq hazırlıq kurslarını keçməsi təmin edilib. Bu proses hazırda da davam etdirilir".

"Vətən müharibəsində əldə edilən təcrübələrin təhlili əsasında Türkiyə Silahlı Qüvvələrinin də modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanır. Türkiyə Silahlı Qüvvələri zabitlərinin iştirakı ilə təşkil edilən bir çox kurslara xeyli sayda hərbi qulluqçunun cəlb edilməsi mütəxəssis hazırlığını da yeni səviyyəyə yüksəldib", - o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO