Əli Həsənovun əmlakı HƏRRACA çıxarılır - ÖZƏL

Əli Həsənovun əmlakı HƏRRACA çıxarılır - ÖZƏL

Hazırda oxunan: Əli Həsənovun əmlakı HƏRRACA çıxarılır - ÖZƏL

53066

Xəbər verildiyi kimi Beynəlxalq Mətbuat Mərkəzi (BMM) Əli Həsənovun əlindən alınıb. Ağır Cinayətlər Məhkəməsi onun dəyəri 36 milyon manat olaraq qiymətləndirilən böyük aktivini - Mətbuat prospektində yerləşən, Beynəlxalq Mətbuat Mərkəzi ilə birlikdə müsadirə edib. 

Məlumat üçün bildirək ki, PA-nın keçmiş şöbə müdiri bir müddət əvvəl "Xəzər" telekanalını da itirmişdi.

İddialara görə BMM “Azərbaycan” Nəşriyyatının balansına verilə bilər. Artıq bununla bağlı Nəşriyyata da məlumat verilib. 

Bizim.Media məsələni dəqiqləşdirmək üçün “Azərbaycan” Nəşriyyatı ilə əlaqə yaradıb.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun əmlak maxinasiyaları və müsadirə olunan 36 MİLYONLUQ VARİDAT 


Qurumun bir neçə əməkdaşı sözügedən məsələdən xəbərsiz olduqlarını deyiblər. Beynəlxalq Mətbuat Mərkəzi ilə isə əlaqə yaratmaq mümkün olmayıb.  

Qeyd edək ki, altımərtəbəli binada BMM-dən başqa, "Kaspi" qəzetinin, Novosti-Azerbaydjan saytının redaksiyaları, "Araz" FM radiosu, "RİA Novosti" Agentliyinin Azərbaycan şöbəsi, Jurnalistlərin Həmkarlar İttifaqı, habelə bir sıra QHT-lər yerləşirdi. Bundan başqa binada birinci mərtəbə uzun müddət Beynəlxaq Banka icarə verilib.

Sputnik.az, Bilik Fondu, “Azərbaycan müəllimi” qəzeti, “Strategiya” jurnalı, Aznews.az saytı, Kaspi Art, “Burc” FM, KİVDF və digər qurumlar da bu binada icarədar kimi fəaliyyət göstəriblər. 

Özəl mənbələrdən əldə etdiyimiz məlumata görə Beynəlxalq Mətbuat Mərkəzi dövlətin balansına verilib və yaxın vaxtlarda dövlət əmlakı kimi hərraca çıxarılacaq.

Artıq 1 ilə yaxındır ki, binanın üzərindən BMM adı da götürülüb və orada fəliyyət göstərən bir çox media qurumları boşaldılıb. Hazırda BMM-də "RİA Novosti" Agentliyinin Azərbaycan şöbəsi, Sputnik.az və bir neçə təhsil kursları fəaliyyətdədir. 

Xatırladaq ki, BMM  “Azərbaycan” Nəşriyyatının ərazisində inşa edilib. Bu faktı “Azərbaycan” Nəşriyyatının keçmiş direktoru Ağabəy Əsgərov da təsdiqləmişdi.

O, mediaya açıqlamasında vaxtilə nəşriyyatın ərazisində Əli Həsənova yer ayrıldığını da bildirmişdi:

“O vaxtı dövlət tərəfindən elə məsələhət oldu ki, nəşriyyatın ərazisində Əli Həsənova yer verilsin. Əli Həsənov həmin ərazidə mətbuat evi tikib”, deyə qeyd etmişdi. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO