Bakıda daha bir həyət abadlaşdırıldı - Leyla Əliyeva sakinlərlə ağac əkdi - FOTO

Bakıda daha bir həyət abadlaşdırıldı - Leyla Əliyeva sakinlərlə ağac əkdi - FOTO

Hazırda oxunan: Bakıda daha bir həyət abadlaşdırıldı - Leyla Əliyeva sakinlərlə ağac əkdi - FOTO

52940

Bu gün, İDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Leyla Əliyeva yeni doğulan şir balasına baş çəkdi - Bakı Zooloji Parkı - FOTO


Yeni il bayramı ərəfəsinə təsadüf edən tədbir zamanı abadlaşdırılan həyətin kiçik sakinləri üçün xüsusi bayram şənliyi təşkil edilib, uşaqlara bayram hədiyyələri təqdim olunub.  

Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş bayram əhval-ruhiyyəsi yaradıb, sevinc dolu anlar bəxş edib.

Yenilənmiş həyət Nizami rayonu, Qara Qarayev prospekti 12,14,16,18, Özbəkistan küçəsi 8,6, Azər Manafov kücəsi 3,5, Kamil Balakişiyev küçəsi 8a, 11,15 ünvanlarında 1400 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO