“Xahiş edirəm bizim vaxtımızı almayın, biz gedək jurnalistikaynan məşğul olaq. Siz müzakirəyə çıxarın, qanunu qəbul edin, biz də işləyək. Onsuzda biz Prezidentimizə inanırıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev bu gün Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsinin müzakirələri zamanı komitə iclasında deyib.
Jurnalist həmçinin qeyd edib ki, Prezident İlham Əliyev olmasaydı Əli Həsənov medianı məhv edərdi.
MÖVZU İLƏ BAĞLI:
“Əsas məsuliyyət Əli Həsənovun, oğlu Şamxalın üzərinə düşür” - Vüqar Səfərlinin MƏHKƏMƏ İŞİ
“Mən Şuşada da Onu görəndə bizə dəstək verdiyi üçün Prezidentə təşəkkür etdim, sağ olsun. Prezident olmasaydı Əli Həsənov bizim axırımıza çıxardı. Prezident qorudu bizi. Əlbəttə, Əflatun Amaşovla Əli Həsənov birləşmişdilər. İndi Əflatun müəllim liberal şəxs kimi çıxış edir. Düzdür, hər bir insanın səhvləri olur, Əflatun müəllim. Hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, qanun yaxın zamanda qəbul olunacaqdır”.
Video materialdan həmin hissəni təqdim edirik:
Bizim.Media