Xızıda həmyerlisini öldürən yeniyetmənin cəzası artırıldı

Xızıda həmyerlisini öldürən yeniyetmənin cəzası artırıldı

Hazırda oxunan: Xızıda həmyerlisini öldürən yeniyetmənin cəzası artırıldı

52889

Sumqayıt Apellyasiya Məhkəməsində Xızıda qətl törətməkdə təqsirləndirilən yeniyetmə V.Ə-nin (ad, soyadı şərti) cəzası artırılıb.

Bizim.Media xəbər verir ki, hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, dövlət ittihamçısının verdiyi apellyasiya protesti təmin olunub.

Belə ki, təqsirləndirilən şəxsə təyin olunan 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Qeyd edək ki, hadisə 2020-ci ilin mart ayının 15-də Şorabad qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2004-cü il təvəllüdlü V.Ə 2003-cu il təvəllüdlü A.Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Daha sonra yeniyetmə Xızı Rayon Polis Şöbəsi əməkdaşlar tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məclləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO