Xocavənddən dəmir aparmaq istəyən şəxs saxlanıldı - FOTO

Xocavənddən dəmir aparmaq istəyən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Xocavənddən dəmir aparmaq istəyən şəxs saxlanıldı - FOTO

52825

Xocavənddən avtomobillə dəmir aparmaq istəyən şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumat verilib.

Bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Böyük Tağlar kəndi ərazisindəki nəzarət postunda “Mercedes” markalı yük avtomobilinə “saxla” işarəsi verilib.

Yoxlama aparılarkən sürücü Qazax rayon sakini Məzahir Abdullayevin rayon ərazisinə daxil olmaq üçün müvafiq icazəsinin olmadığı müəyyən edilib.

Nəqliyyat vasitəsinə baxış keçirilən zaman isə çəkisi 2 tona yaxın dəmir qalıqları aşkarlanıb.

Hazırda faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO