Erməni təcavüzü nəticəsində 10 şagird həlak olub

Erməni təcavüzü nəticəsində 10 şagird həlak olub

Hazırda oxunan: Erməni təcavüzü nəticəsində 10 şagird həlak olub

5275

“27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində 10 şagird həlak olub, 16 şagird yaralanıb, 54 təhsil müəssisəsi isə müxtəlif dərəcəli dağıntılara məruz qalıb.

Bizim.Media xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev 10 dekabr-Beynəlxalq insan hüquqları gününə həsr olunmuş onlayn konfransda deyib.

Nazir koronavirus pandemiyası və Ermənistan hərbi qüvvələrinin təxribatları fonunda təhsilin davamlılığının təmin edilməsi istiqamətində atılan addımlar barədə də ətraflı məlumat verib.

E. Əmrullayev onlayn tədrisə keçidi təmin etmək məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılmış “Virtual məktəb” platformasının fəaliyyətinə toxunaraq, sözügedən platformada 1 milyon 300 mindən çox şagird və 120 mindən çox müəllimin qeydiyyatdan keçdiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO