Azərbaycanda qumar oynayanlar 5 min manat cərimələnəcək

Azərbaycanda qumar oynayanlar 5 min manat cərimələnəcək

Hazırda oxunan: Azərbaycanda qumar oynayanlar 5 min manat cərimələnəcək

52672

Azərbaycanda qumar oynayanlar 5 min manat cərimə ediləcək.

Bizim.Media-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq.

Hazırda qüvvədə olan qanuna görə, qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək məbləğdə cərimə tətbiq olunur.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO