“Bir dəfə də olsun yardım almayan şəhid ailələri var…” – Deputatdan ASAN Xidmətə İRAD 

“Bir dəfə də olsun yardım almayan şəhid ailələri var…” – Deputatdan ASAN Xidmətə İRAD 

Hazırda oxunan: “Bir dəfə də olsun yardım almayan şəhid ailələri var…” – Deputatdan ASAN Xidmətə İRAD 

52655

"ASAN Xidmət şəhid ailələri və qazilər üçün daha mütərrəqi, əlçatan olmalıdır". 

Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağda ölümə gənclər getdilər, pulsuz da işləyə bilərlər" - Aqil Abbasdan nazirə MÜRACİƏT


Millət vəkili bəzi müharibə əllillərinin ümumiyyətlə qapısının döyülmədiyini, diqqətdən kənar qaldığını deyib:

"Azərbaycanda Birinci Qarabağ müharibəsindən 20 minə yaxın, ikincidən isə 3 minə yaxın şəhid ailəsi var. Əlavə olaraq, sağlamlıq və digər səbəblərdən dövlət dəstəyinə ehtiyacı olan müharibə əlilləri də var. Onlara dövlət qurumları tərəfindən müxtəlif köməkliklər edilir. Elə olur ki, bir ailəyə, bir əlilə beş-on dəfə kömək edilir, elə ailə və əlil var ki, heç qapısı da döyülməyib. Ayrı-ayrılıqda dövlət qurumları, o cümlədən özəl şirkətlər, fərdi şəxslər müraciət edən şəhid ailəsinə və əlilə yardım edir, ev verir, işə götürür, digər problemlərini həll edir.

Əsasən, “Yaşat” Fondu kömək etdiyi şəhid ailəsi və ya əlil ilə bağlı tam məlumatlara malikdir və bunu tənzimləyə bilir.

 
Ortada olan qarma-qarışıqlığı aradan qaldırmaq üçün təklif edirəm: 

Birincisi, ASAN xidmət bu sahədə daha mütərəqqi və əlçatan internet resurslarına malik olduğu üçün bütün bu tip məlumatlar ASAN xidmətdə emal edilsin və vahid mərkəzdə - Şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan şəxslərin dövlət reyestrində birləşdirilsin". 

R. Nurullayev qeyd edib ki, bu vahid informasiya mərkəzinə hər kəsin çıxışı olmalıdır: 

"Bir dövlət qurumu, yaxud özəl şirkət, fərdi sahibkar və digərləri müraciət edən şəxslə bağlı o resursa daxil olsun və bütün məlumatları görsün. Bunu qanunvericilik səviyyəsində edə bilsək, bir çox problemləri yerində həll edə bilərik. 

Qoy şəhid ailələri, müharibə əlilləri və sağlamlıq problemi olan digərləri bu təklifə görə məndən inciməsinlər. Elə edək ki, bütün şəhid ailələri və ehtiyacı olan müharibə əlilləri əhatə olunsun. Elə olmasın ki, bir ailə və ya şəxs müxtəlif dövlət orqanlarından yararlana bilsin, digərləri isə kənarda qalsın. Onların bu imkanlardan yüz dəfə də yararlanmaq haqlarıdır və halalları olsun, amma növbəli şəkildə. Elə ailə, müharibə əlili və ya yaralısı var ki,oturub gözləyir ki, onun qapısı nə zaman döyüləcək".  

Deputat xaricdə yaşayan azərbaycanlıların da bu prosesə qatıla biləcəyini sözlərinə əlavə edib:
 

"Üçüncüsü, bütün şəhid ailələrinin, müharibə əlillərinin və bu kateqoriyadan olan digər ehtiyaclı şəxslərin də bu reyestrdə birləşdirilməsi zamanı onların mövcud problemləri də göstərilsin.


Dövlət orqanları, fərdi şəxslər də kömək etmək istəyən zaman güclərinə və istəklərinə uyğun seçim edə bilsinlər. Bunu edə bilsək, xaricdə yaşayan azərbaycanlılar da bu işdə yaxından iştirak edə və yükümüzü hətta 50% azalda bilərlər", - deyə deputat bildirib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO