Bakıda ağır qəza: 1 ölü, 4 yaralı var

Bakıda ağır qəza: 1 ölü, 4 yaralı var

Hazırda oxunan: Bakıda ağır qəza: 1 ölü, 4 yaralı var

52603

Bakının Sabunçu rayonunda yol qəzası zamanı 4 nəfər xəsarət alıb və bir nəfər ölüb.

Bizim.Media xəbər verir ki, hadisə Məmmədli qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobili idarə edən 1988-ci il təvəllüdlü Xanmirzəyev Şahüseyn Xəqani oğlu hərəkətdə olan zaman Camallədin Məmmədov idarə etdiyi "AzSamand" markalı maşını onun nəqliyyat vasitəsinə çırpıb.

Qəza nəticəsində "Mercedes"in sürücüsü, o cümlədən onun atası, 1968-ci il təvəllüdlü Xəqani Xanmirzəyev Şahüseyn oğlu, anası Xanmirzəyeva Rəsmiyyə Bilal qızı ağır xəsarətlər alıb.

Qəza zamanı "Azsamand"ın sərnişini, 1981-ci il təvəllüdlü Əliyev Ramin Sabir oğlu da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"AzSamand"ın sürücüsü Camallədin Məmmədov hadisə yerində ölüb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq "morq"a təhvil verilib.

Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Yol Patrul Xidmətinin əməkdaşı Samir Əzimov APA-ya bildirib ki, "AzSamand" markalı maşının sürücüsü sükan arxasında yuxuya gedib. Qəzaya səbəb məhz bu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO