Qumar cəriməsi 600 manatdan 5 min manata qaldırılır

Qumar cəriməsi 600 manatdan 5 min manata qaldırılır

Hazırda oxunan: Qumar cəriməsi 600 manatdan 5 min manata qaldırılır

52570

Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə cərimələr artırılır.

Bizim.Media-nın məlumatına görə, bu, sabah Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Hazırda qüvvədə olan qanuna görə, qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək məbləğdə cərimə tətbiq olunur.

Layihəyə əsasən, artıq qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO