Azərbaycanda istehsal edilən tibbi maskalar virusdan qorumur? – RƏSMİ CAVAB

Azərbaycanda istehsal edilən tibbi maskalar virusdan qorumur? – RƏSMİ CAVAB

Hazırda oxunan: Azərbaycanda istehsal edilən tibbi maskalar virusdan qorumur? – RƏSMİ CAVAB

52512

Azərbaycanda istehsal edilən maskalar insanları 99 faiz viruslardan qoruyur.

Bizim.Media xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva deyib.

S.Babayeva bildirib ki, tibbi maskanı təşkil edən əsas material medblaumdur:

"Üçqatlı maskanın ortasında yerləşən həmin qat virusların həm kənardan orqanizmə, həm də orqanizmdən ətrafa ötürülməsinin qarşısını alır. Lakin tibbi maska 4 saatdan bir dəyişdirilməlidir", - deyə S.Babayeva bildirib.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda tibbi maska istehsalı kəskin artdı


O qeyd edib ki, maskanın virusdan qorumaması barədə deyilənlər tamamilə yanlış fikirdir:

"Bu virus gözəgörünməz bir düşməndir. İnsanlar maskanın orta qatında olan medblaumu görmürlər. Mikroskop altında bunu aydın görmək olar. Əgər insanlar görsələr ki, mikroblar necə sel kimi maskanın üst qatına gəlir, orta qat onu necə saxlayır, onlar bir də bu sualı verməzlər", - deyə S.Babayeva qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO