Qubada Yeni il yarmarkası keçirilir - Qiymətlər ÇOX UCUZDUR - FOTO

Qubada Yeni il yarmarkası keçirilir - Qiymətlər ÇOX UCUZDUR - FOTO

Hazırda oxunan: Qubada Yeni il yarmarkası keçirilir - Qiymətlər ÇOX UCUZDUR - FOTO

52445

Quba şəhərinin "Quba meydanı" adlanan mədəniyyət və istirahət parkının qarşısında Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası təşkil edilib.

Bizim.Media xəbər verir ki, yarmarkada qiymətlər alıcılara bazar qiymətlərilə müqayisədə 20-30 faiz ucuz təklif edilib.

Bazarda 11 manata satılan mal ətinin kiloqramı burda 8, 12-13 manata təqdim edilən qoyun ətinin kiloqramı isə 8-9 manat təşkil edir.

Yarmarkada meyvə-tərəvəz məhsullarının və digər tələbat mallarının qiymətində də ucuzluq olduğunu alıcılar hiss ediblər.

Quba RİH-in başçısı Ziyəddin Əliyev yarmarkaya baş çəkərək qiymətlərə baxış keçirib, məhsulların sakinlərə keyfiyyətli və sərfəli təklif edilməsini tövsiyyə edib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO