Gəncədə şəhid övladları üçün maraqlı tədbir keçirildi - FOTO

Gəncədə şəhid övladları üçün maraqlı tədbir keçirildi - FOTO

Hazırda oxunan: Gəncədə şəhid övladları üçün maraqlı tədbir keçirildi - FOTO

52378

Gəncə şəhərində Vətən müharibəsi şəhidlərinin övladları üçün “Qəhrəman övladlarının ekskursiyası” adlı tədbir baş tutub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Qəhrəman övladlarının ekskursiyası” Gəncənin Heydər Əliyev Park-Kompleksindən başlayıb.

Daha sonra şəhid övladları Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Onlara Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, həmçinin burada nümayiş olunan eksponatlar barədə ətraflı məlumat verilib.

Heydər Əliyev Mərkəzinin önündə xatirə şəkli çəkdirildikdən sonra şəhid övladları Gəncənin “İstiqlal” parkına gələrək, buradakı “Memorial Abidə Komplkesini” ziyarət ediblər.

Şəhidlərin ruhuna ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri düzüblər.

“Qəhrəman övladlarının ekskursiyası” “Gəncland” istirahət və əyləncə mərkəzində davam edib. Burada onlar xüsusi hazırlanmış səhnəçiklərə tamaşa edib, müxtəlif atraksionlarda əyləniblər.

Şəhid övladlarına istirahət və əyləncə mərkəzində olan atraksionlardan ödənişsiz istifadə etmələri üçün xüsusi kartlar hədiyyə olunub.

Şəhid övladları və valideynlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO