Azərbaycanda virtual SIM kartlar tətbiq ediləcək

Azərbaycanda virtual SIM kartlar tətbiq ediləcək

Hazırda oxunan: Azərbaycanda virtual SIM kartlar tətbiq ediləcək

52321

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şirkəti virtual SIM kartlar tətbiq etməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bunu "Azercell"in Media ilə Əlaqələr şöbəsinin direktoru Nigar Şıxlinskaya deyib.

Onun sözlərinə görə, hazırda beynəlxalq bazarda mövcud olan ən qabaqcıl innovativ həllər şübhəsiz ki, Azərbaycanda da təqdim olunacaq və onların daxili bazarda təqdim olunmasında "Azercell" ilk növbədə maraqlıdır.

"İstifadəçilərimizin həyatını yaxşılaşdıracaq rəqəmsal həllərin müxtəlif səviyyələrdə tətbiqi bizim prioritetimizdir. Virtual SIM kartların tətbiqi təkcə "Azercell"dən asılı deyil. Burada dövlətlə tərəfdaşlığın böyük əhəmiyyəti var. Bu gün qanunvericilik hər bir istifadəçinin (SIM kart aldıqda) şəxsiyyətinin təsdiqini tələb edir. Virtual SIM kartların nə zaman tətbiq edəcəyimizi dəqiq söyləmək çətindir, lakin biz onu mütləq işə salacağıq. Hazırda "Azercell"in strategiyası rəqəmsallaşmaya əsaslanır və bu, bizim rəqəmsal strategiyamızın leytmotividir", - deyə N. Şıxlinskaya qeyd edib.

O həmçinin qeyd edib ki, gələcəkdə internet xidməti istifadəçilər üçün mümkün qədər əlçatan, hətta, ola bilsin, pulsuz olacaq.

"Bu sahənin ekspertləri hesab edirlər ki, internet pulsuz olacaq, həyat və texnologiya inkişafı bu istiqamətdə irəliləyir. Yalnız xidmətlərə tələbat olacaq, rabitə isə ünsiyyət üçün təbii əsas kimi istifadə ediləcək", - deyərək N. Şıxlinskaya əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO