Azərbaycanda bu ilin fevralından başlayaraq koronavirus əleyhinə vaksinasiya prosesinə start verilib. Hazırda Azərbaycanda “CoronaVac”, “Vaxzevria”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə edilir. Peyvəndlənmə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın tələblərinə uyğun olaraq tam ödənişsiz və tibb müəssisələrinə ayrı seçkilik qoyulmadan həyata keçirilir.
Son vaxtlar bəzi tibb müəssisələri vaksinasiya prosesinə süni və tələbdənkənar əngəllər yaradırlar.
Peyvənd olunmaq üçün müraciət edən şəxsə bəzi xəstəxana həkimləri tərəfindən qəribə qayda və tələb qoyulur.
Bu durumla üzləşən və Bizim.Media-ya müraciət edən şikayətçi bildirib ki, “Leyla Şixlinskaya” klinikasına ikinci doz üçün müraciət etsə də, birinci dozu dövlət xəstəxanasında vurdurduğuna görə klinikaya qəbul edilməyib.
MÖVZU İLƏ BAĞLI:
Omikron ştammı aşkarlanan ölkələrin sayı 77-yə çatdı
Xəstəxanadan şəxsə birinci dozun orada həyata keçirilmədiyi əsas gətirilib və ikinci dozun tətbiqi üçün də məhz əvvəlki xəstəxanaya müraciət edilməsi bildirilib.
Vaksinasiya Strategiyasının təlimatlarını xəstəxana həkiminin nəzərinə çatdıran şəxs ikinci doz peyvəndin istənilən yerdə tətbiqinin mümkün olduğunu əsas gətirib. Beləliklə Səhiyyə Nazirliyinin müdaxiləsi ilə özbaşınalığa son qoyulub və şəxsin özəl xəstəxanada peyvəndi reallaşıb.
Ümumiyyətlə analoji hal bir çox tibb müəssisələrində də yaşanır. Haqsız durumla qarşılaşan vətəndaşlarımız isə bu cür xoşagəlməz situasiyalarda get-gələ salınır.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat katibi Elvin Hacıyev bildirib ki, peyvəndin birinci, ikinci və ya üçüncü dozunun tətbiqi ilə bağlı tibb müəssisələri seçimində hər hansı məhdudiyyət yoxdur.
Vətəndaş istər dövlət, istərsə də özəl xəstəxanalara peyvənd üçün müraciət edə bilər.
Məsələ ilə bağlı “Leyla Şixlinskaya” klinikası ilə dəfələrlə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz boşa çıxıb. Sözügedən klinikanın mövqeyini də dərc etməyə hazırıq.
Qeyd edək ki, fevralın 18-dən bu günə qədər artıq 11 milyon 152 min 952 nəfər vaksinasiya prosesində iştirak edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:35 / 24.12.2021
“Leyla Şıxlınskaya”-da peyvənd QALMAQALI – ŞİKAYƏT
Hazırda oxunan: “Leyla Şıxlınskaya”-da peyvənd QALMAQALI – ŞİKAYƏT
Hazırda oxunan: “Leyla Şıxlınskaya”-da peyvənd QALMAQALI – ŞİKAYƏT
52306
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.