Daşkəsəndə iki elektrik yarımstansiyası istifadəyə verildi – FOTO

Daşkəsəndə iki elektrik yarımstansiyası istifadəyə verildi – FOTO

Hazırda oxunan: Daşkəsəndə iki elektrik yarımstansiyası istifadəyə verildi – FOTO

52299

Prezident İlham Əliyevin 60 illik yubileyi münasibəti ilə Daşkəsəndə iki müasir elektrik yarımstansiyası istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, dekabrın 24-də Daşkəsən rayon İcra hakimiyyəti və “Azərişıq” ASC-nin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunda 2 ədəd yeni 110 kV-luq “Əhmədli” və 35 kV-luq “Zağalı” elektrik yarımstansiyalarının təntənəli açılışı keçirilib.

2021-ci ildə Prezidentin tapşırığına əsasən, Daşkəsən rayonunun  30-dək ucqar dağ kəndini dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təmin edən Kəlbəcər xəttinin üzərində 110 kilovoltluq Daşkəsən rayon “Əhmədli” yarımstansiyası qurulub və həmin mənbədən də elektrik verilişi xətti çəkilərək tam müasir standartlara cavab verən 35 kilovoltluq “Zağalı” elektrik yarımstansiyası inşa edilib. 

“Əhmədli” və “Zağalı” elektrik yarımstansiyalarının istifadəyə verilməsi Daşkəsən rayonunun iri yaşayış məntəqələrindən olan Xoşbulaq, Zağalı, Qazaxyolçular və digər kəndlərin hələ sovetlər dövründən bəri narazılıq yaradan əhalinin elektrik enerjisi ilə bağlı problemini tamamilə aradan qaldıracaq və bununla da sakinlər 24 saat dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə daimi təmin olunacaqlar.  

Tədbir iştirakçıları fürsətdən istifadə edib Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər. 

Məqsəd Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO