Əli Məsimli: “Yüksək maaşlı iş yerlərinin sayı artırılmalıdır”

Əli Məsimli: “Yüksək maaşlı iş yerlərinin sayı artırılmalıdır”

Hazırda oxunan: Əli Məsimli: “Yüksək maaşlı iş yerlərinin sayı artırılmalıdır”

52274

“Əhalinin yarıdan çoxu 443 manat maaş alır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Əli Məsimli deyib. 

MÖVZU İLƏ BAĞLI:

Büdcədənkənar fondların hüquqi şəxs olmasına dair tələb ləğv edildi

Onun fikrincə, yüksək maaşlı iş yerlərinin sayı artırılmalıdır:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son vaxtlar çox vacib məsələsini ortaya atıb. Belə ki, nazirlik tərəfindən bildirilir ki, əhalinin yarıdan çoxu 443 manat əməkhaqqı alır.

Görəsən, bu şəxslər müvafiq yaşa çatdıqda  pensiya alacaq, yoxsa sadəcə müavinətlə kifayətlənəcəklər?  

Azərbaycanda əmək haqqı ilə çalışanların neçə faizi pensiya alacaq? Bu istiqamətdə addımlar atmaq lazımdır ki, yüksək maaşlı iş yerlərinin çəkisi artsın. Beləliklə də pensiya və müavinətlər artacaq. Bu regionlara da müsbət təsir edəcək".

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO