Azərbaycanda “Zəfər işığı” brendi yaradıldı – YENİ LED LAMPALAR

Azərbaycanda “Zəfər işığı” brendi yaradıldı – YENİ LED LAMPALAR

Hazırda oxunan: Azərbaycanda “Zəfər işığı” brendi yaradıldı – YENİ LED LAMPALAR

52230

Gəncədə led lampaları istehsal edən zavod fəaliyyətə başlayıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, “Zəfəroğlu Elektrik” MMC-nin tərəfindən yaradılan müəssisənin istehsal sahəsi Gəncənin mərkəzində, indiyədək istifadəsiz qalmış keçmiş tikiş fabrikinin ərazisində yaradılıb.

Müəssisənin ərazisi abadlaşdırılıb, əməkdaşların fəaliyyəti və istirahəti üçün şərait yaradılıb.1500 kvadratmetr sahəsi olan zavodda xaricdən gətirilən müasir avadanlıqlar quraşdırılıb.
Zavodda “Zəfər işığı” brendi altında müxtəlif ölçülərdə led lampaları istehsal edilir.

Burada hazırda 4 növ – 7 vatt, 9 vatt, 12 vatt və 15 vatt gücündə olan led lampaların istehsal həyata keçirilir. Sənaye müəssisəsinin istehsal gücü ayda 500 min ədəd lampa istehsal etməyə imkan verir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO