Azərbaycanda bu şəxslər İNTİM GÖRÜNTÜLƏRİ ilə şantaj edildi

Azərbaycanda bu şəxslər İNTİM GÖRÜNTÜLƏRİ ilə şantaj edildi

Hazırda oxunan: Azərbaycanda bu şəxslər İNTİM GÖRÜNTÜLƏRİ ilə şantaj edildi

52187

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində ölkə vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən mütəşəkkil dəstə saxlanılıb.

Bizim.Media "Unikal.org" saytına istinadən xəbər verir ki, bir müddət əvvəl şantaj edilən azərbaycanlılar arasında vəzifəli şəxslər də olub. 

Onlardan biri YAP-ın Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovdur.

Onun qadınla videogörüntülü danışığı və intim hərəkətlər etməsi bir müddət öncə sosial şəbəkələrdə yayılmışdı.

Məlum hadisədən sonra o, YAP-nin iclası zamanı verilən qərarla Binəqədi rayon təşkilatının sədri vəzifəsindən azad olunub. 

Sözügedən dəstənin "qurbanı" olan digər şəxs isə Prezidentin sabiq köməkçisi Əli Həsənovdur. Qeyd edək ki, bu barədə o, özünün "Twitter" səhifəsində şantaj edildiyini açıqlamışdı. 

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyevin də pornoqrafik videosu yayılmışdı. 

Həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirlinin intim videosu kiber cinayətkarlar tərəfindən yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO