Mənşəyi bilinməyən 134 kiloqram ət aşkarlandı

Mənşəyi bilinməyən 134 kiloqram ət aşkarlandı

Hazırda oxunan: Mənşəyi bilinməyən 134 kiloqram ət aşkarlandı

52176

Ucar rayonunda 134 kiloqram mənşəyi bilinməyən ət aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata görə, Ucar rayonunda Rzayev Elzamin Niyazi oğluna məxsus 20 EF 816 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobilin yük yerinə baxış keçirib.

Baxış zamanı avtomobilin yük yerində açıq halda 4 hissəyə bölünmüş, mənşəyi məlum olmayan, ümümi çəkisi 134 kq möhürsüz ət aşkarlanıb.

Orqanoleptik baxış zamanı istehlaka yararsız olmasına əsaslı şübhələr yaranmış ətdən nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Ümumi çəkisi 129 kq ət isə möhürlənərək saxlanca qoyulub. Araşdırmalar davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO