Azərbaycandakı dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə təbrik məktubu göndəriblər.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident,
Zati-alinizi əlamətdar yubiley - təvəllüdünüzün 60 illiyi münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizə, beynəlxalq müstəvidə fövqəladə səylərinizə Uca Yaradandan uğurlar diləyirik.
Cənabınız ömrünün müdriklik məqamına elə bir möhtəşəm Qələbə ilə yetişmişdir ki, bu, dünya miqyasında hər bir dövlət xadiminin arzu etdiyi yüksəklikdir. Siz müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə, dövlətçilik təfəkkürünüzlə təsdiq etmiş dövlət xadimisiniz.
Sizin Azərbaycan xalqına bəxş etdiyiniz Qarabağ Zəfəri uğurlu dövlət xadiminin, qalib sərkərdənin doğma xalqına əvəzsiz töhfəsi olub, bəşər tarixinə həkk olunacaq hadisə miqyasına malikdir.
Biz fəxr edirik ki, dilindən və dinindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz fəxarət anları yaşadan Qarabağ Zəfərinin müəllifi, Azərbaycan xalqının böyük oğlu, müdrik dövlət rəhbərimiz - Zati-alinizin qətiyyəti sayəsində dövlət bayrağımız azad Qarabağda dalğalandı, məscidlərimizin minarələrindən azan səsləri ucaldı, işğal dövründə vandalizmə məruz qalmış dini məbədlərimiz əsarətdən qurtuldu.
Möhtərəm cənab Prezident, dini konfessiya rəhbərləri olaraq, Sizə ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınıza görə dərin minnətdarlığımızı bildirməkdən şərəf duyuruq.
Azərbaycanın dövlət rəhbəri olaraq təvəllüd gününüzdə dünyanın müxtəlif nöqtələrindən təbriklər qəbul edən qalib xalqın müzəffər sərkərdəsi, Qarabağın fatehi, Ali Baş Komandan olaraq Sizin ən böyük mükafatınız xalqın dəstək və həmrəyliyi, sonsuz məhəbbət, dərin etimad və hədsiz minnətdarlığıdır.
Var olun, hər zaman Zirvədə olun, uğur həmişə Sizə yar olsun! Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi dəstəkləyən, hər zaman diqqət, qayğı və himayənizi hiss edən biz dindarların duaları hər zaman Sizinlədir.
O Bir Olan Yaradanımız hər zaman yardımçınız olsun, öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı, dövləti və onun müdrik dövlət rəhbəri üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!”.
Qeyd edək ki, təbrik məktubunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Müfti Salman Musayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili ünvanlayıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:24 / 23.12.2021
Azərbaycanın dini liderləri İlham Əliyevi TƏBRİK ETDİ
Hazırda oxunan: Azərbaycanın dini liderləri İlham Əliyevi TƏBRİK ETDİ
Hazırda oxunan: Azərbaycanın dini liderləri İlham Əliyevi TƏBRİK ETDİ
52148
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.