Gəncəli şəhidin anım mərasimində duyğusal anlar – FOTO/VİDEO

Gəncəli şəhidin anım mərasimində duyğusal anlar – FOTO/VİDEO

Hazırda oxunan: Gəncəli şəhidin anım mərasimində duyğusal anlar – FOTO/VİDEO

52112

Gəncədə Vətən Müharibəsi şəhidi, nəşi 70 gün sonra tapılan Hüseyn Elsevər oğlu Mirzəyevin anım mərasimində duyğulu anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, şəhidin xaricdə yaşayan və oğlunun il mərasimi üçün Azərbaycana gələn atası Elsevər Mirzəyevin təşkil etdiyi anım mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə 19 yaşında şəhid olan Hüseynin qısa və mənalı həyatından maraqlı epizodlar danışılıb.

Bildirilib ki, 2020-ci il oktyabr ayının 13-də Füzuli döyüşlərində şəhidlik zurvəsinə yüksələn Hüseyn Mirzəyevin meyiti düz 70 gündən sonra tapılıb və dekabrın 22-də Gəncə Şəhidlər Xiyabanında dəfn edilib. 

Çıxışlarda o da qeyd olunub ki, Hüseyn Mirzəyev döyüş postunda şəhid olan yoldaşlarının intiqamını almaq üçün irəli gedib, düşmənlə inadla vuruşaraq həyatından keçib.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO