Dekabrın 23-də Salyan rayonu ərazisində yerləşən fermalardan birində silahlı insident qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hadisə çoban R.Salmanovla fermanın sahibi F.Misgərli arasında münaqişə zəminində baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun böyük inspektoru, polis baş leytenantı Nizam Həmidovun verdiyi məlumata görə, münaqişə zəminində Salmanov odlu silahdan atəş açaraq işlədiyi fermanın sahibini yaralayıb.
Salmanovun polis əməkdaşları tərəfindən saxlanıldığı qeyd edilir. Maddi sübut kimi tək lüləli tüfəng götürülüb.
Təsərrüfat sahibi rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media