Qarabağda avtomobil yollarındakı SON VƏZİYYƏT - YAĞINTI VAR

Qarabağda avtomobil yollarındakı SON VƏZİYYƏT - YAĞINTI VAR

Hazırda oxunan: Qarabağda avtomobil yollarındakı SON VƏZİYYƏT - YAĞINTI VAR

52064

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat yayıb.

Bizim.Media Agentliyə istinadən Qarabağda magistral yollardakı vəziyyəti təqdim edir:

Əhmədbəyli-Füzuli-Şuşa “ZƏFƏR” yolunda yağıntı yoxdur, 3-4 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
 

MÖVZU İLƏ BAĞLI:

İşğaldan azad edilmiş ərazilərdə YENİ YOLLAR belə olacaq - VİDEO


Toğanalı-Kəlbəcər-İstisu magistral yolunda yağıntı yoxdur. Yolun Murovdağdan keçən hissəsində 21 dekabrdan gecə saatlarına qədər güclü qar yağmış, qarın hündürlüyü yoldan kənarlarda 30-35 sm təşkil edir.

16-20 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəliиr. Yağıntı başlayandan bu gün səhər saatlarınadək yolun qardan təmizlənməsi işləri davam etdirilib, qum-duz səpilib.

Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Hacıqabul – Bəhramtəpə – Horadiz  magistral yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO