Gəncədə bu üsulla işsiz şəxsləri işlə təmin edirlər – TƏFƏRRÜAT

Gəncədə bu üsulla işsiz şəxsləri işlə təmin edirlər – TƏFƏRRÜAT

Hazırda oxunan: Gəncədə bu üsulla işsiz şəxsləri işlə təmin edirlər – TƏFƏRRÜAT

52057

Gəncədə yeni peşə kurslarına start verilib. 

Bizim.Media-nın yerli bürosuna 6 saylı Ərazi məşğulluq idarəsindən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yaradılan kurslarda “Mühafizəçi” və “Ofisiant” peşələri üzrə təlimlər keçiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə qazılmış bəzi küçələr gələn il asfaltlanacaq – SƏBƏB - FOTO 


6 saylı Ərazi məşğulluq filialı ilə “İmperial” restoranlar şəbəkəsi və “Vətən-N Mühafizə Xidməti” MMC şirkəti arasında müqavilə imzalanıb.

Sənədə əsasən, 24 işsiz şəxs kurslara cəlb olunub. Təlimlərin müddəti 1 aydır. Uğurla bitirən şəxslər müvafiq olaraq sertifikatla və  həmin sahədə işlə təmin olunacaqlar.

Gələcəkdə başqa ixtisaslar üzrə də bu kimi kursların təşkil olunması planlaşdırılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO