Xədicə İsmayıl: ''Niyə dərmanlar qara bazardadır?''

Xədicə İsmayıl: ''Niyə dərmanlar qara bazardadır?''

Hazırda oxunan: Xədicə İsmayıl: ''Niyə dərmanlar qara bazardadır?''

5204

Tanınmış jurnalist Xədicə İsmayıl koronavirusla bağlı yaranmış vəziyyətdən doğan bəzi sualları sosial media hesabında paylaşıb.

Bizim.Media xəbər verir ki, jurnalist aidiyyatlı qurumları COVİD-19-un yayılmasının qarşısını alınmaq üçün əməli tədbirlər görməməkdə qınayıb. O, dərmanların qara bazara ayaq açması, koronavirus xəstələrinin tibb müəssisələrində tanışlıq və rüşvət müqabilində yerləşdirlməsi məsələsinə də aydınlıq gətirilməsini istəyib.

''TƏBİB-in əvvəl bəhanəsi vardı ki, səlahiyyətlər məhduddur, tibb infrastrukturunun qərar qəbulu üçün əhəmiyyətli hissəsi (məsələn, poliklinikalar və təcili yardım) onun nəzarətində deyil. Koronavirusun birinci dalğasındakı biabırçılıqdan sonra bu vəziyyətin de-fakto dəyişildiyi deyilir. 

İndi mane olan nədir? 

Niyə dərmanlar qara bazardadır? 

Niyə xəstəxanalara yatırılmaq üçün rüşvət, yaxud tanışlıq lazım olur? 

Niyə poliklinikalar xəstələrə dərman paketlərini çatdırmırlar? 

Niyə dövlət poliklinikalarının tibbi personalı özəl şirkətlər üçün test edir? 

Əgər kifayət qədər dərman alınmayıbsa, niyə xəstə sayı, dərman ehtiyacı və bazadakı kəsir barədə məlumat verilmir? 

Dərman kifayət qədərdirsə, niyə ünvanına yetişmir? 

Təcili yardım infrastrukturunun gücü (sutkada neçə çağırış) nə qədərdir? Yetərli deyilsə, artırılması üçün hansı addımlar atılır? 

Vaksinləşmə ilə bağlı plan nədir? 

Tibb müəssisələrində hava filtrlərinin dəyişməsi barədə hesabat açıqlana bilərmi? 

Koronaviruslu xəstələrlə işləyən tibb personalının onsuz da yetərsiz təminatı niyə kəsilir? 

Və bir tək TƏBİB deyil: 

Yoluxmuş insanların təcrid olunması üçün onlara sosial xidmətin (ərzaq təminatı, evdən çıxıb görəcəyi işlərdə yardım kimi) təşkili ilə hansı qurum məşğul olur? Büdcəsi nə qədərdir? Hansı xidmətlər təklif edir? 

Parad, Fəxri xiyabanın ziyarəti kimi kütləvi tədbirlərdə əhalinin iştirakına niyə imkan verildi? 
Nəqliyyatda sıxlığın qarşısı niyə alınmadı? 

Online ticarətin (xüsusilə ərzaq) təşviqi üçün niyə ciddi addımlar atılmadı? 

Bələdiyyələrin sosial xidmət yükünü icra strukturları ilə bölüşməsi üçün hansı addımlar atıldı? 

QHT-lərə koronavirusla bağlı sosial xidmətləri təşkil etmək üçün beynəlxalq fondlarla işləmək imkanı verilirmi?

Sual çoxdur. Cavab verən olsa...''

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO