Bakıda “Mall”arın girişində daha növbə olmayacaq – SƏBƏB

Bakıda “Mall”arın girişində daha növbə olmayacaq – SƏBƏB

Hazırda oxunan: Bakıda “Mall”arın girişində daha növbə olmayacaq – SƏBƏB

51971

COVID-19 pasportu və immunitet sertifikatının yoxlanılması səbəbilə yarana biləcək sıxlığın aradan qaldırılması, yoxlamanın asanlaşdırılması üçün Bakının ticarət mərkəzlərinin girişində yeni, sürətli yoxlama sistemləri quraşdırılıb.

Bizim.Media xəbər verir ki, “28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”, “Port Baku Mall”, “Gəncə Mall” ticarət mərkəzlərinin yoxlama məntəqələrində quraşdırılmış bu cihazlar vasitəsilə ziyarətçilər vaksin pasportunda qeyd edilmiş QR kodunu özləri skan edərək və ya şəxsiyyət vəsiqəsini cihazdan keçirərək sürətli şəkildə ticarət mərkəzinə daxil ola biləcəklər. 

Hər iki üsuldan istifadə zamanı vətəndaşın məlumatları ekranda birbaşa əks olunur və vətəndaş yoxlamanın nəticəsi üzrə sərbəst şəkildə, gözləmədən hərəkəti davam etdirə bilir.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 1 oktyabr tarixindən etibarən qüvvəyə minən qərarına əsasən, ticarət mərkəzlərinə hər 2 dozanın qəbulunu əks etdirən vaksin sertifikatı, immunitet sertifikatı və ya əks-göstəriş sertifikatı ilə daxil olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO