Cavanşir Paşazadə: “Bir müddət İran tərəfinin gözü bizi götürmədi, sonra başa düşdülər ki...”

Cavanşir Paşazadə: “Bir müddət İran tərəfinin gözü bizi götürmədi, sonra başa düşdülər ki...”

Hazırda oxunan: Cavanşir Paşazadə: “Bir müddət İran tərəfinin gözü bizi götürmədi, sonra başa düşdülər ki...”

51925

“Müəyyən dövr ərzində anlaşılmazlıqlar oldu, İran tərəfinin gözü bizi götürmədi, lakin bütün bunlar da tərəfimizdən cavabsız qalmadı. Lakin sonradan İran rəhbərliyinin münasibətindən aydın oldu ki, Cənubi Qafqazda sülhün bərpası artıq Azərbaycandan asılıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Cavanşir Paşazadə Sfera.az-a müsahibəsində “İranın Qarabağla bağlı mövqeyni, bölgədəki proseslərə münasibətini necə qiymətləndirirsiniz? Sizcə, İran Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi tərəf ola bilərmi?” sualını cavablandırarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Məktəblərdə dini dərslər keçirilməlidir – Şeyxin qardaşından TƏKLİF


O əlavə edib ki, İranın bundan əvvəlki mövqeyi ilə indiki arasında çox böyük fərqlər var:

“Düzdür, İran və onun kimi dövlətlər anlamırdı ki, Azərbaycan prezidenti siyasəti ilə elə bir mənzərə yaradacaq ki, dünya Azərbaycan siyasətindən danışacaq. İndi İran başa düşüb ki, Cənubi Qafqazda sülhün təminatı onun da iqtisadiyyatının güclənməsi ilə nəticələnəcək”.

Deputat müsahibəsində bir neçə ay öncə İranla münasibətlərin kəskin dövründə etnik və dini separatizmin alovlandırılmasına cəhd edən qruplaşmanın İran tərəfindən maliyyələşdirilməsi barədə iddialara da münasibət bildirib.

“Artıq 90-cı illər deyil. Məlum olduğu kimi, o vaxt səriştəsiz dövlət rəhbərlərinin dövründə xarici ölkələrdən bizə axın edən, din adı altında separatçılıqla məşğul olan əlaltılar çeviriliş və təxribatlara əl atdılar.

Hələ qardaş Türkiyədən gələnlər arasında buna təşəbbüs göstərənlər var idi. Lakin sonradan ümummilli lider elə bir sistem qurdu ki, bu problem öz aktuallığını itirdi.

Bir neçə ay öncə dini separatçılıq vasitəsilə təxribat məqsədi güdənlər barədə yayımlanan materiallar isə bəzən çox şişirdildi. Dövlətin verdiyi statistika ilə təqdim olunan materiallar bir-biri ilə əks idi”, - deyə Cavanşir Paşazadə vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO