Velosipedçilərə QADAĞA GƏLİR – Onları nə qədər cərimə gözləyir? - Ekspertdən AÇIQLAMA

Velosipedçilərə QADAĞA GƏLİR – Onları nə qədər cərimə gözləyir? - Ekspertdən AÇIQLAMA

Hazırda oxunan: Velosipedçilərə QADAĞA GƏLİR – Onları nə qədər cərimə gözləyir? - Ekspertdən AÇIQLAMA

51903

Daxili İşlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və digər qurumların təklifləri əsasında hazırlanmış “Yol Hərəkəti haqqında” yeni qanun layihəsində moped, skuter və velosiped sürənlərin də sürücülük vəsiqəsi alması nəzərdə tutulub.

Baş Dövlət yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərlinin sözlərinə görə, mövcud qanunvericiliyin tələblərinə əsasən yol-patrul xismətinin əməkdaşları tərəfindən yollarda bu cür nəqliyyat vasitələri ilə qayda pozuntusuna yol verən şəxslərə qarşı qanun çərçivəsində lazımi tədbirlər görülür.

Lakin həmin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı olmadığından müşahisə kameraları tərəfindən qeydə alınan qayda pozuntuları zamanı sürücülər cərimələnmirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Yerə velosiped şəkli çəkməklə iş bitmir - Bakıda velosiped yolu niyə alınmır? - FOTO


Sözügedən mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən nəqliyyat eksperti Eldəniz Cəfərov moped, skuter və velosiped kimi nəqliyyat vasitələrindən istifadənin son dönəmlər xeyli artmasına diqqət çəkib:

“Əvvəllər Azərbaycanda, eyni zamanda Bakı yollarında moped, skuter və velosipedlərdən daha az istifadə olunurdu. Zaman keçdikcə, bu cür nəqliyyat vasitələrinin sayı artdı. Bu tendensiyanın müsbət və mənfi tərəfləri var. İlk növbədə, nəqliyyat vasitələrinin diversifikasiyası, fərqli çeşidləri artdı. Lakin bu cür nəqliyyat vasitələrinin iştirakı ilə yol nəqliyyat hadisələrinin sayı da paralel olaraq çoxalıb”.

Ekspertin fikrincə, mopedlərlə bağlı yol nəqliyyat hadisələri artıq cəmiyyət qarşısında problemə çevrilib:

“Əhali məsələnin həll olunmasını istəyir. Problem ondan ibarətdir ki, qəzalar zamanı, heç bir qeydiyyatı olmayan mopedlərlə sığorta və yol polisi əməkdaşları hər hansı tədbir görə bilmirlər. Çünki sürücünü hər hansı məcburetmə tədbirinə cəlb olunması mümkünsüz olur. Bəzi hallarda isə, qəzada iştirak etmiş sürücülərin tapılması belə müşkülə çevrilir”.

Eldəniz Cəfərov digər təhlükəli nüansın yeni model mopedlərin sürətinin əvvəlkilərdən daha yüksək olması ilə əlaqələndirib: 
 

“Əvvəllər mopedlərin sürəti 60 km/saatdan yüksək olmurdu. Amma müasir variantların sürəti bundan daha çoxdur və bu qəza zamanı ağır faciələrə gətirib çıxara bilir. Sadalanan səbəblərə görə, mənim fikrimcə, mopedlər mütləq, ya qeydiyyatdan keçməli, ya da onlara dövlət nömrə nişanı verilməlidir. Hər hansı qaydada qeydiyyatın olması vacibdir”.


Buna baxmayaraq, ekspertin sözlərinə görə, velosipedlərə mopedlərlə eyni normaların tətbiq olunması doğru deyil:

“Velosipedlərə gəlincə isə, həmin nəqliyyat vasitələrinə mopedlərlə eyni normaların tətbiq olunması düzgün deyil. Çünki belə bir praktika, ümumiyyətlə, yoxdur. Belə ki, velosiped motoru olmayan nəqliyyat vasitəsidir və ona hər hansı bir sənədin alınmasını doğru hesab etmirəm”.

Ekspert, sözügedən qaydaların velosipedlərə şamil olunmayacağına ümid etdiyini də sözlərinə əlavə edib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO