Hikmət Hacıyev xarici jurnalistlərlə görüşdü - FOTO

Hikmət Hacıyev xarici jurnalistlərlə görüşdü - FOTO

Hazırda oxunan: Hikmət Hacıyev xarici jurnalistlərlə görüşdü - FOTO

5185

Dekabrın 12-də Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizə səfər edən xarici jurnalistləri qəbul edib.

Bizim.Media xəbər verir ki, Prezidentin köməkçisi xarici mətbuat orqanlarının nümayəndələrinin suallarını cavablandırıb.

Ermənistanın işğalçılıq siyasəti ilə bağlı ətraflı məlumat verən Hikmət Hacıyev ermənilərin mədəni və mənəvi sərvətlərimizə vurduğu ziyan barədə də danışıb.

O,maddi müstəvidə dəyən zərərin bərpa olunacağını, ancaq maddi və mədəni zərərin çətin sağalacağını deyib.

Qeyd edək ki, dekabrın 9-da Global Journalism Council-un təşkilatçılığı ilə Azərbaycana səfər edən xarici jurnalistlər işğaldan azad edilmiş ərazilərimizdə - Füzulidə, Ağdamda, eləcə də ən çox raket hücumuna məruz qalan Tərtərdə olublar.

Xarici jurnalistlər ermənilərin törətdiyi vəhşiliklə yerində tanış olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO