Qədim türklərin QARA TUN bayramı – Azərbaycanda anlamı nədir? – Firudin Cəlilovun CAVABI

Qədim türklərin QARA TUN bayramı – Azərbaycanda anlamı nədir? – Firudin Cəlilovun CAVABI

Hazırda oxunan: Qədim türklərin QARA TUN bayramı – Azərbaycanda anlamı nədir? – Firudin Cəlilovun CAVABI

51788

Bu gecə gündüzə nisbətən daha uzun olacaq. Qədim dövrlərdən və türklərdən gələn bu ənənə onların təbirincə desək, yeni ili təzələmək, Çiləyə çıxmaq anlamını ifadə edir. 

Yeni ilin keçirilməsinin bir çox variantları, növləri mövcuddur ki, bunlardan bir də Kara Tun bayramı adlanır. Qədim türk mənbələrində bu gün bir çox türkdilli xalqların bayramı kimi qeyd olunur. 

Mənbələrə görə ildə bir neçə dəfə baş verən qəribə təbiət hadisəsi, yəni gecənin uzanması, yaxud gecə və gündüzün bərabərləşməsi türkdilli xalqlar arasında maraqla qarşılanıb.

Beləliklə möcüzəvi günü bayram edən bu xalqlar bununla bağlı hər əlamətdar günü xüsusi qeyd etmə törəninə çeviriblər. 

Kara Tun bayramının Azərbaycanda anlamı nədir?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında professor və tarixçi Firudin Cəlilov bildirib ki, bayram adlandırılan bu günlər bütün dünyada mövcuddur və əslində Kara Tun deyilən bir bayram yoxdur:

“21 dekabr gecənin uzanması və gündüzün qısalmasıdır. Bu, ildə 4 dəfə olur. Hər fəsildə və ayın 21-də baş verir. Buna dönərgə və yaxyd çərxi-fələk də deyirlər. Bunun sadəcə astroloji anlamı var və təbiət hadisəsidir. Gecənin uzanması və ya gündüzün qısalması bayram kimi qeyd oluna bilməz. Əlbəttə ki, bəzi mənbələrdə bununla bağlı müxtəlif bilgilər yer alır ki, bunun da kökündə inanc məsələsi durur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO