Bu yolda avtomobillərin hərəkəti məhdudlaşdırılır

Bu yolda avtomobillərin hərəkəti məhdudlaşdırılır

Hazırda oxunan: Bu yolda avtomobillərin hərəkəti məhdudlaşdırılır

5178

14 dekabr tarixindən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı km-də, magistralın Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqaməti üzrə hərəkət qismən məhdudlaşdırılıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, hərəkətin məhdudlaşdırlması həmin yolda aparılan təmir-bərpa ilə əlaqədardır və  işlər bitənədək qüvvədə olacaq.

Bildirilir ki, təmir müddəti ərzində avtonəqliyyyat vasitələrinin hərəkəti iki tərəfli olmaqla magistralın əks istiqamət üzrə təşkil olunacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO