Övlad götürən ailələr dağıldıqda ALİMENT qaydası qalırmı? – Vəkildən AÇIQLAMA

Övlad götürən ailələr dağıldıqda ALİMENT qaydası qalırmı? – Vəkildən AÇIQLAMA

Hazırda oxunan: Övlad götürən ailələr dağıldıqda ALİMENT qaydası qalırmı? – Vəkildən AÇIQLAMA

51778

Bir çox ailələr var ki, övlad sahibi ola bilmədikdə məsləhətləşib övladlığa uşaq götürürlər. Bəzən bu ailələrdə ayrılıqlar da baş verir. O zaman cəmiyyət başqa bir problemlə üz-üzə qalır. Valideynlərdən biri bioloji məsuliyyətinin olmadığı üçün aliment verməkdən imtina edir.

Bəs, cütlüklər ayrıldıqda uşağın tərbiyyəsinin davam etdirilməsi kimə həvalə olunmalıdır? Aliment məsələsi həllini necə tapmalıdır? Azərbaycan qanunvericiliyində bu necə tənzimlənir?

Bu haqda Bizim.Media danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, prosedur adi övlada sahib olan ailələrdə olduğu kimi baş verir, çünki burada uşaq övladlığa hər iki valideynin istəyi ilə götürülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Ədliyyə Nazirliyi: İlyarım ərzində 130 milyon manat aliment ödənildi


“Əgər bu cütlük boşanmağa qərar verirsə, prosedurlar adi qaydada baş verir. Məhkəmənin və cütlüklərin qərarı ilə uşaq kimdə qalırsa, qarşı tərəf ona aliment ödəməlidir. Boşanma haqqında məhkəmə işlərinin 90 %-də uşaq ana ilə qalır. Bu zaman ata adi qaydada olaraq aliment ödəmək borcundadır. Əgər kişi bundan imtina etsə, qadın rahat şəkildə, məhkəməyə müraciət edib, rahat formada uşağın hüququnu tələb edə bilər”.

Adi halda cütlüklər boşandığı zaman övlad əgər ata ilə qalırsa və ana çalışırsa o, qarşı tərəfə yəni keçmiş ərinə övladına görə aliment ödəyir.  

Bəs, övladlığa götürülən ailələrdə bu necə baş verir?

Əsabəli Mustafayev bildirib ki, burada da hər şey eyni qayda ilə həyata keçirilir.

“Əgər məhkəmə qərarı ilə uşaq ata ilə qalırsa bu zaman əlbəttə ki, kişi keçmiş yoldaşından aliment pulu tələb edə bilər. Hətta qadın alimenti ödəməyə imtina etsə, kişinin də məhkəməyə üz tutmaq hüququ var”.

Bəzən isə ailə dağıldıqdan sonra cütlüklər ümumiyyətlə, övladlığa götürülən uşaqdan imtina edirlər. Bu zaman prosesin hansı şəkil alması isə sual altında olur.

Vəkil qeyd edir ki, belə proseslər barədə qaununvericilikdə heç bir maddə nəzərdə tutulmur. 

“Bu cür hallar üçün heç bir qayda yoxdur. Əgər həqiqətəndə hər iki valideyn övladdan imtina etmək istəsə uşaq başqa bir ailəyə əvvəlki valideynlərin icazəsi ilə övladlığa verilə bilər.  Lakin imtina edib, onu yenidən körpələr evinə qaytarmaq haqqında bir qayda və ya qanun yoxdur. Burada ancaq övladın kiminlə qalıb-qalmaması barədə məhkəməyə müraciət etmək olur”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO