Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bizim.Media xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda şahid qismində Əlifba Muradov ifadə verib.
O bildirib ki, qurumun tərkibində olan şirkətlərdə texniki nəzarətçi işləyib. Ə.Muradov işlədiyi müddət ərzində hər hansı qanun pozuntusunun olmadığını deyib.
Növbəti proses dekabrın 23-nə təyin edilib.
Xatırladaq ki, V.Muradov noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.
Rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:17 / 21.12.2021
Vidadi Muradovun məhkəməsindən yeni XƏBƏR VAR
Hazırda oxunan: Vidadi Muradovun məhkəməsindən yeni XƏBƏR VAR
Hazırda oxunan: Vidadi Muradovun məhkəməsindən yeni XƏBƏR VAR
51741
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.