Meyvə ağacından yıxılan kişi komaya düşdü

Meyvə ağacından yıxılan kişi komaya düşdü

Hazırda oxunan: Meyvə ağacından yıxılan kişi komaya düşdü

51739

Mingəçevir şəhərində bir kişi meyvə yığdığı ağacdan yıxılıb.

Bizim.Media-nın məlumatına görə, hadisə Kür çayı sahilində yerləşən bağ təsərrüfatlarından birində qeydə alınıb.

Çox da hündür olmayan “karalyok” ağacından müəmmalı şəkildə başı üstə yerə çırpıldığı deyilən və kimliyi məlum olmayan kişi  nəticədə komaya düşüb.
Boyun nayihəsindən sınıq xəsarətləri alan yaralı xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Əldə olunan məlumata görə, hadisə sifarişlə meyvə yığdırmaq istəyən şəhər sakinlərindən birinin fərdi  təsərrüfatında baş verib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO